Tural İsmayılovun şeirləri

Azərbaycan Yazıçılar Birliyinin üzvü Tural İsmayılovun şeirlərini təqdim edirik:

Səssizliyin ovçusu

Sükutum səsin dəyərsizliyindəndir,

Bəzən susmaq hissi

Danışa bilməmək arzusu

Üsyan etməməyin aşiqidir

Səssizliyin ovçusu olan qəlblər.

Təəccübümüz dünyanın ədalətsizliyindəndir,

Savaşlarda tökülən qanlar

Yarım qalmış xəyallar

Mələk olan körpələrin gözləridir

Paramparça olan qəlblərin dənələri.

Düşüncə burulğanlarında it-batmışlıqdır,

Cəmiyyətin xofu

Arzuların heçliyi

“Yaxşı olacağ”a inamsızlıqdır

Yaradıcı ruhun qəlibləri.

Xəritələrdə dünyanın qəskarlığıdır,

Qılınclar oynadı

Toplar partladı

Qırıcılar indi bombalayır,

Hardasa bir şair evində

Misraların yanmağıdır səssizliyin simvolikası


Səmada hər şey

Səmadadır hər şey var

Orda azadlıq var,

Quşlar qanan çırpanda sən dərdlərinlə boğulursan

Orda sonsuz ümmanlar var,

Qaçmağa yer axtaranda ora gedə bilmirsən

Orda axtarış var

İnsan özünü fəth etməmişkən oranı fəth etmək istəyir

orda bir göy var ki,

Ayla Günəş anlaşıb bir-birini əvəzləyir

Sən isə Yeri tarimar edirsən


Freyd

Bəzən elə uzaqlardadır ki doğmalar

Bəlkə heç tanımırıq

Bəzən isə elə yaxındadır ki yadlar

Evimizin içində onlarla danışırıq.

Bir axşam yuxumuzdadır uzaqdakı doğmalar

Görmürük

Amma danışırıq

Eşitmirik

Amma duyuruq

Bir var ki,

Ən yaxınımızla aramızda kainatlar var,

Eşidirik,

Danışırıq,

Ola bilər ki, hətta sevirik,

Amma yaşaya bilmirik.

Bildiyimiz isə birdir

Freydin sirrləri bizim reallıq güzgümüzdür


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı