Yaşını bilənlər təəccüblənir - Tanınmış futbolçu müqavilə yenilədi

Peşəkar futbol tarixinin ən yaşlı futbolçusu olan 56 yaşlı yaponiyalı Kazuyoşi Miura futbolçu karyerasını davam etdirmək istəyir.

Metbuat.az xəbər verir ki, o, Portuqaliyanın 2-ci liqa klubu “Oliveirense” ilə müqaviləsini daha bir il uzadıb. 56 yaşlı futbolçu bu mövsüm də “Oliveirense” klubunda çıxış edəcək.

Qeyd edək ki, 56 yaşlı hücumçu klub karyerası ərzində 703 oyuna çıxıb, 193 qola imza atıb və 5 məhsuldar ötürməsi var. Kazuyoşinin milli karyerasında isə 54 oyuna 42 qol, 5 məhsuldar ötürməsi var. O buna qədər, “Santos”,“Cenoa”, “Dinamo Zaqreb”, “Vissel Kobe” və digər klublarda çıxış edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı