"İnter Mayami"də Messi barədə sürpriz qərar

ABŞ-da futbol karyerasına uğurla başlanğıc edən Lioenl Messi gözlənilməz vəziyyətlə üzləşib.

Metbuat.az xəbər verir ki, məlum olub ki, Messinin kapitan təyin edilməsi qərarı baş məşqçi Tata Martinoya aid olmayıb. Bildirilir ki, keçmiş kapitan DeAndre Yedlin özü kapitanlığı Messiyə vermək istəyib. Klub da futbolçunun bu qərarına hörmətlə yanaşıb. Buna qədər isə mediada dərc edilən xəbərlərdə Messinin baş məşqçi Tata Martinonun qərarı ilə kapitan olduğu qeyd edilmişdi.

“İnter Mayami”də iki rəsmi oyuna çıxan Messi 3 qol vurub. Sonuncu oyunda iki dəfə fərqlənən Messinin uğurlu oyunu sayəsində “İnter Mayami” liqa kubokunda 1/16 mərhələyə yüksəlib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı