“WhatsApp”dan foto həvəskarları üçün möhtəşəm yenilik

“WhatsApp” növbəti yeniliyə imza atır.

Metbuat.az xəbər verir ki, bu barədə Meta-nın baş direktoru Mark Zukerber açıqlama verib. O bildirib ki, yeniliyə əsasən “WhatsApp” istifadəçilərə HD formada ən yaxşı keyfiyyətdə fotoşəkillər göndərmək və qəbul etmək imkanı verəcək.

Açıqlamada deyilir ki, daha böyük şəkillərlə daha çox məlumat və yaddaş istifadəsinə ehtiyac yaranır. Lakin “WhatsApp” istifadəçilərin bununla bağlı narahatlığını aradan qaldırıb.

Tətbiq hər göndərilən şəkil üçün standart olaraq "Standart" keyfiyyət parametrinə malik olacaq və bu məlumatların səmərəli istifadəsinə şərait yaradacaq. “Full HD” üçün istifadəçilər mesajlarına fotoşəkillər əlavə edərkən ekranın yuxarısındakı "HD" seçimini dəyişə biləcəklər.

Tətbiq həmçinin "Ekran Paylaşımı" adlı yeni funksiyanı təqdim edəcək.Bu funksiya, istifadəçilərə sənədlər üzərində işləyərəkən, fotoşəkillərə baxarkən və digər hallarda zənglər zamanı ekranın canlı görüntüsünü paylaşmağa imkan verəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR