Paşinyan və Rəisi arasında telefon danışığı olub

Ermənistanın baş naziri Nikol Paşinyanla İran İslam Respublikasının prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub.

Metbuat.az "Hraparak" nəşrinə istinadən xəbər verir ki, danışıqlar zamanı regionda son zamanlar başlayan gərginlik müzakirə edilib.

Baş nazir gərginliyin azaldılması istiqamətində Azərbaycan prezidenti ilə təcili müzakirələr aparmağa hazır olduğunu bildirib.

Ermənistan-İran ikitərəfli gündəliyi ilə bağlı məsələlər də müzakirə olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı