"Braqa"nın futbolçusu İstanbul nəhənginə keçir

"6 nömrə" transferi üçün çalışan Türkiyənin "Fənərbağça" klubu məqsədinə çatmaq üzrədir.

Metbuat.az bildirir ki, bu barədə NTV Spor məlumat yayıb. Məlumata görə, İstanbul təmsilçisi Portuqaliyanın "Braqa" klubunda forma geyinən Əl-Müsrati ilə danışıqlara başlayıb. Futbolçunun meneceri Türkiyəyə dəvət edilib.

Qeyd edək ki, Əl-Musrati 27 yaşındadır. Liviya millisi ilə 42 oyuna çıxan futbolçu Portuqaliyada "Guimareş" və "Rio Ave" klublarında da oynayıb. O, 2020-ci ildə indiki klubuna keçib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı