Klaar İrəvana gedib

Ermənistan Respublikasının müdafiə naziri Suren Papikyan Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarı və Aİ-nin Ermənistan Respublikasındakı nümayəndə heyətinin rəhbəri, fövqəladə və səlahiyyətli səfiri Vasilis Maraqosu qəbul edib.

Metbuat.az xəbər verir ki, bu barədə "Hraparak" nəşri məlumat yayıb.

Görüşdə son günlər baş verən hadisələr nəticəsində yaranmış regional təhlükəsizlik məsələləri, o cümlədən Ermənistan-Azərbaycan sərhədlərindəki vəziyyət müzakirə olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı