​Yaponiyada güclü zəlzələ baş verdi - Sunami xəbərdarlığı elan edildi

Yaponiya Meteorologiya Agentliyi Sakit okeanın Torishima adası sahillərində 6,6 bal gücündə zəlzələ olduğunu açıqlayıb.

Metbuat.az xəbər verir ki, zəlzələdən sonra bölgədə sunami xəbərdarlığı edilib. Məlumata görə, İzu arxipelaqında hündürlüyü 1 metr olan sunami xəbərdarlığı verilib. Dalğaların İzu arxipelaqına ardınca Hachijooci adalarına çatacağı qeyd edilib. Bildirilib ki, zəlzələnin episentri yerin 10 kilometr dərinliyində yerləşib.

Qeyd edək ki, İzu arxipelaqı inzibati cəhətdən Tokio ilə bağlıdır və paytaxtın cənubunda yerləşir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı