Liviya sahillərində 258 qanunsuz miqrant xilas edildi

“Sərhədsiz həkimlər” təşkilatının gəmisi Liviya sahillərində iki xilasetmə əməliyyatı zamanı Aralıq dənizini keçməyə çalışan 258 qanunsuz miqrantı göyərtəsinə qəbul edib.

Bu barədə Metbuat.az AP agentliyinə istinadən xəbər verir.

Xilas edilənlər Neapol şəhəri yaxınlığındakı Salerno limanına çatdırılıb. Miqrantların əksəriyyəti Suriya və Misirdəndir.

Oktyabrın 2-də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı İtaliyanın bu il 2016-cı ildən bəri ən böyük miqrant axını ilə üzləşə biləcəyi ilə bağlı xəbərdarlıq edib. 2023-cü ilin yanvarından İtaliyaya 133 mindən çox, 2016-cı il ərzində isə 181 mindən çox miqrant gedib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı