Ukrayna bütün razılaşmaları zibilliyə atdı - Putin

"Qoşunlarımız Ukraynanın paytaxtı Kiyevdən geri çəkilən kimi Ukrayna tərəfi bütün razılaşmaları zibilliyə atdı"

Metbuat.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Çin televiziyasına açıqlamasında deyib. O bildirib ki, Rusiya heç vaxt danışıqlardan imtina etməyib. Rusiya Prezidenti həmçinin İstanbul razılaşmalarının baş tutmama səbəblərindən də danışıb:

"Orada (İstanbulda) Ukrayna tərəfinin təhlükəsizliyini təmin etmək üçün çox ciddi çərçivə var. Biz bu məsələdə praktiki olaraq razılaşdıq. Lakin qoşunlarımız Ukraynanın paytaxtı Kiyevdən geri çəkilən kimi Ukrayna tərəfi bütün bu razılaşmaları zibilliy atdı. Onlar bəyan etdilər ki, “Rusiyanı strateji məğlubiyyətə uğradacaqlar və döyüş meydanında qələbəyə can atacaqlar”. Bu ildən başlayan əks-hücumlar heç bir nəticə verməsə də, qarşı tərəf heç bir danışıqlara getmək istəmir. Üstəlik, Ukrayna prezidenti Kiyevdə hər kəsə, o cümlədən özü də bizimlə sülh danışıqları aparmağı qadağan edən fərman verdi. Əgər onlar istəmirlərsə, necə danışıqlar getsin?".

Putin qeyd edib ki, Ukrayna tərəfi danışqlara getmək istəyirsə, ilk növbədə Ukraynanın sülh danışıqlarına qadağa qoyulması ilə bağlı fərmanı ləğv edlməlidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı