"Qarabağ" ev oyunlarını Xankəndidə keçirəcək? - RƏSMİ AÇIQLAMA

"Qarabağ"ın bu mövsüm Premyer Liqanın, yaxud ölkə kubokunun bir neçə oyununu Xankəndində keçirəcəyi ilə bağlı məlumatlar ötən gündən etibarən ölkə mediası və sosial şbəkə seqmentində ürətlə yayılmaqdadır.

Hətta Ağdam klubunun dövlət qurumlarının bununla bağlı müvafiq təklifini müsbət cavablandırdığı ilə xəbərlər də bu məlumatlar arasında yer alır. O da qeyd olunur ki, "Köhlən atlılar" bəzi ev matçılarının Xankəndində təşkili ilə əlaqəli tədbirlər planı hazırlayacaq və onu müvafiq instansiyalara təqdim edəcək. Bunun üçün "Qarabağ" rəhbərliyinin dünəndən bəri Xankəndində olduğu qeyd edilir. Məlumatda qeyd edilir ki, onlar sentyabrın ikinci yarısında qeyri-qanuni "xunta" rejiminin əlindən geri alınan və Azərbaycan dövlətinin idarəçiliyinə keçən şəhərdə yerləşən stadiona artıq baş çəkib, buranın vəziyyəti ilə yaxından tanış olub.

Metbuat.az Trend-ə istinadən xəbər verir ki, "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev onda bu barədə hər hansı bir məlumatın mövcud olmadığını bildirib.

AFFA-nın sözçüsü Elnur Məmmədli də açıqlamasında bildirib: "Hələ ki, məndə bu barədə informasiya yoxdur. Bu barədə hər hansı bir xəbər varsa məlumat veriləcək. Bizdə hələki bu barədə informasiya yoxdur".

Qeyd edək ki, sözügedən arenanın tutumu 15 min nəfərdir. Təbii qazonlu idman qurğusu ötən əsrin ikinci yarısında tikilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı