Rus helikopteri Yaponiya sərhədini pozdu - Döyüş təyyarələri havaya qalxdı

Rusiya ordusunun helikopteri Yaponiyanın şimalındakı Hokkaydo adasının sahillərində ölkənin hava məkanını pozub.

Metbuat.az xəbər verir ki, bu barədə Yaponiyanın Müdafiə Nazirliyi məlumat verib. Bəyan edilib ki, Rusiya helikopteri Hokkaydonun şərqindəki Nemuro yarımadası yaxınlığında Yaponiyanın hava məkanına daxil olub. Hava məkanının pozulmasından sonra Yaponiyanın Hava Özünümüdafiə Qüvvələrinə məxsus döyüş təyyarələri müdaxilə uçuşu həyata keçirib.

Yaponiya hökuməti hava məkanının pozulması ilə bağlı diplomatik kanallar vasitəsilə Moskva administrasiyasına etiraz notası göndərib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı