Rusiya yeni silahını işə saldı - Ukrayna qarşısını ala bilmir

Rusiya ordusunun yeni nəsil Su-57 qırıcı təyyarəsi Luqansk vilayəti səmasında hərbi əməliyyatlar həyata keçirməyə başlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna ordusuna yaxınlığı ilə bilinən “eRADAR” adlı telegram kanalında məlumat paylaşılıb. Bildirilib ki, Rusiyanın Su-57 döyüş təyyarəsi cəbhə xəttində Ukrayna ordusunun mövqelərinə raket hücumları həyata keçirib. Məlumata görə, Rusiya ordusunun hava hücumlarında Su-57 döyüş təyyarələri fəal iştirak etməyə başlayıb. Məlumatda qeyd edilir ki, Qərb vəd etdiyi F-16 qırıcılarını Ukraynaya verməməsi Kiyevin Su-57-nin hücumlarının qarşısını almasını çətinləşdirir.

Qeyd edək ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu Su-57-nin müstəsna xidmətləri barədə danışsa da, onun Ukraynadakı hərbi əməliyyatlardakı iştirakına dair detallı məlumat verməmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı