"Zelenski müharibəni seçdi" - Rusiyadan açıqlama

Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Vladimir Medinski bildirib ki, Rusiyanın heç vaxt Ukraynanı fəth etmək məqsədi olmayıb.

Metbuat.az xəbər verir ki, o bildirib ki, tammiqyaslı hərbi əməliyyatlara başlayan Qərb və Ukrayna Prezidenti Vladimir Zelenski olub. Medinski söyləyib ki, Moskva 2022-ci ilin yazında keçirilən danışıqlarda Kiyevdən bu ölkənin NATO-ya üzvlüyündən imtina etməsini tələb edib.

Prezidentin köməkçisi vurğulayıb ki, Kiyev Moskva ilə sülh müqaviləsi imzalasaydı, yüzminlərlə ukraynalının həyatını xilas edə bilərdi: “Zelenski müharibəni seçib”.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı