"Rusiya qalib gələcək, Kiyevə dərhal kömək etməliyik"

ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton Konqresi Ukraynanı Rusiya ilə müharibədə dəstəkləmək üçün cəld hərəkətə keçməyə çağırıb.

Metbuat.az-ın məlumatına görə, bazar günü radioda çıxışı zamanı Bolton bildirib ki, əgər ukraynalılara kömək etməsək, Rusiya sonda qalib gələcək.

"Məncə, biz daha yaxşısını etməliyik. Hesab edirəm ki, Nümayəndələr Palatasında və Senatda Baydenə daha çox təzyiq göstərilməlidir. Ağ ev rəhbəri Ukraynaya nəinki uduzmamağa, həm də bu ölkənin necə qalib gələ biləcəyini anlamağa imkan verəcək strategiya ilə çıxış etməlidir", - deyə Bolton qeyd edib.

Bolton ümid edir ki, Vaşinqton Kiyevə ehtiyac duyulandan daha çox əlavə hərbi dəstək vermək üçün yol tapacaq. Eyni zamanda, amerikalı rəsmi qeyd edib ki, Rusiyanın Ukraynanın şərqində qeyri-qanuni ilhaq edilmiş əraziləri saxlamaq üçün qeyd etdiyi diplomatik qələbəsi ilə bağlı narahatlıqlar artır.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı