Burak Yılmaz Şahrudinin məşqçisi olur

“Beşiktaş” klubunda müvəqqəti baş məşqçi olduqdan sonra klubdan ayrılan Burak Yılmaz barədə diqqətçəkən iddia ortaya atılıb.

Metbuat.az xəbər verir ki, onun "Adana Dəmirspor"la danışıqlar apardığı iddia edilir. “Ajansspor”un xəbərinə görə, Burak Yılmaz Patrik Kluivertlə yollarını ayıran "Adana Dəmirspor"la razılaşmaq üzrədir.

Qeyd edək ki, Azərbaycan millisinin qapıçısı Şahrudin Məhəmmədəliyev "Adana Dəmirspor"da çıxış edir. Adana klubu son olaraq XIV turda evdə "Samsunspor"a 2:3 hesabı ilə uduzub. Bu matçda qapını Şahrudin Məhəmmədəliyev qoruyub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı