Ermənistan sürətlə silahlanır - "Ordumuz daim hazırdır"

"Ermənistan böyük güclərin maraqlarına uyğun olaraq silahlandırılır".

Bunu Metbuat.az-a açıqlamasında Ermənistanın silahlanması ilə bağlı danışan deputat Arzu Nağıyev deyib. Deputatın sözlərinə görə, Fransa və bir sıra Qərb dövlətləri çalışırlar ki, Ermənistandan istifadə edərək Qafqazda hegemonluğu ələ keçirsinlər, nüfuz qazansınlar:

"Paşinyan bəyanatında bildirib ki, biz hücum etməmək haqda pakta imza atmaq istəyirik, guya Azərbaycan Ermənistan ərazisinə hərbi əməliyyatlar keçirmək üçün cəhd edə bilər. Bunlar hamısı absurd məsələlərdir. Digər məsələ qoşunların geri çəkilməsidir ki, bu proses də olmayacaq, çünki sərhəd yoxdur. Aydındır ki, ancaq müstəqil daxili və xarici siyasəti olmayan bir dövlət bunu edə bilər, bu da Ermənistandır.

Deputat eyni zamanda bildirib ki, Ermənistan nə qədər silahlansa da, bütün ordusu darmadağın olub və o silahları istifadə edəcək potensialı yoxdur:

"Ermənistan Hindistanla müqavilə bağlayıb və oradan silahlar alacaq, həmçinin Rusiya ilə müqavilələri var idi, Rusiya Ukraynadakı müharibəyə görə silahları vermirdi, indi silahların verilməsi prosesi başlayıb. Azərbaycan bütün bu prosesləri izləyir və təhlil edir. Azərbaycan da öz işini görməkdədir, ordumuz və xüsusi xidmət orqanlarımız daim hazırdır. Ermənistanın atdığı bu addımlar hansısa dövlətlərin məqsədlərinə uyğun aparılır".

Cavidan Mirzəzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı