​Bu gün Azərbaycanda Prezident seçkiləri günüdür

Bu gün Azərbaycanda Prezident seçkiləri günüdür.

Metbuat.az-ın məlumatına görə, səhər saat 08:00-dan etibarən ölkədəki bütün seçki məntəqələri seçicilərin səs verməsi üçün açıq olacaq.

MSK Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və onun nəticələri barədə saat 10:00, 12:00, 15:00, 17:00 və 19:00-da ilkin məlumatlar veriləcək.

Qeyd edək ki, prezidentlik uğrunda 7 namizəd mübarizə aparır. Hazırda seçici siyahılarında 6 milyon 478 min 623 seçici var. Onlar ölkə üzrə 6537 məntəqədə səs verirlər. Seçkiləri izləmək üçün 90 mindən artıq müşahidəçi qeydə alınıb.

Seçkilər bütün Azərbaycan ərazisini, o cümlədən, işğaldan azad edilmiş əraziləri əhatə edir. İşğaldan azad edilən ərazilərdə 26 seçki məntəqəsi yaradılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR