Paşinyan hakimiyyətdən gedəcək? - deputatdan açıqlama

"Paşinyanın istefa məsələsini bir çox qurumlar istəyir. Buna baxmayaraq, Paşinyan özünü ruspərəst kimi göstərir. Eyni zamanda, Qərblə iş görür. Çalışır ki, hər iki tərəfə yararlı olsun"

Bu sözləri Metbuat.az-a açıqlamasında deputat Arzu Nağıyev deyib.

O bildirib ki, Paşinyanı istəməyən qüvvələr də çoxdur.

"Eyni zamanda, keçmiş Qarabağ klanıda vəziyyəti hələ axıra kimi tam açıqlanmır. Ona görə də, onun birdən-birə istefaya getməsi məsələsi, çox da inandırıcı görünmür. Son vaxtlar baş verən hadisələr, müxtəlif qüvvələr tərəfindən idarə olunan ordunun baş qərargahında olan dəyişikliklər bir daha göstərir ki, Paşinyan da çalışır ki, bu və digər şəkildə hazırki vəziyyətdən çıxsın. Əsas məsələ, iqtisadi tənəzzül və dağılmış ordudur. Gələcəkdə insanların rifahı üçün addımların atılması, hazırda ən prioritet istiqamətdir".

Deputat bildirib ki, 1000 km uzaqlarda olan hansısa havadarlar, müharibə istəyən, sülhün bərqərar olmasını istəməyən qüvvələr bilir ki, Paşinyan, hakimiyyəti belə gedişatla saxlaya bilməyəcək"

"Paşinyan da çalışır ki, bu proseslərdə müəyyən siyasi gedişlər etsin və hakimiyyətdə qalsın. Ümumiyyətlə, vəziyyət o qədər də ürək açan deyil. Buna baxmayaraq, Paşinyanın hakimiyyətdə qalmaq ehtimalı daha çoxdur. Hətta 44 günlük müharibədəki məğlubiyyətdən sonra belə Paşinyanı hakimiyyətdə saxladılar. Ona səs verdilər. Xalqın əsas prinsipi ondan ibarətdir ki, alternativ axtarmaq lazımdır. Əgər alternativ yoxdursa, Paşinyanın qalması xalq üçün daha labüddür".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı