Könül Kərimova keçmiş evliliyindən danışdı: “Sevgi üzərində qurulmayıb”

Əməkdar artist Könül Kərimova ilk sevgisindən danışıb.

Metbuat.az axşam.az-a istinadən bildirir ki, sənətçi bu barədə "Rəngarəng səhər" verilişində qonaq olarkən söhbət açıb. O, ilk sevgisini məktəb illərində yaşadığını bildirib:

"Məktəb illərimdə sevdiyim bir oğlan olub, amma qovuşmamışıq. Sevdiyini deməmişdi, o vaxtlar belə şey yox idi, amma mən bilirdim. Biri-birimizi uzaqdan sevirdik. Mənim ailəm sevgi üzərində qurulmayıb".

Qeyd edək ki, Kərimovanın ailə qurduğu bəy onun xalası oğlu olub. Onlar 30 illik evlilikdən sonra boşanıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR