Çox şəkərli qida qəbulu bu xəstəlikləri yaradır

Şəkər meyvə, tərəvəz, taxıl və süd məhsulları kimi karbohidrat tərkibli qidalarda təbii olaraq tapılan bir karbohidrat növüdür. Bütün karbohidratlar kimi şəkər də orqanizm üçün enerji mənbəyidir.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, tərkibində təbii şəkər olan qidalardan istifadə etmək yaxşıdır. Lakin tərkibində təbii şəkər olan qidalardan alınan toz, kublar və ya qlükoza siropları birbaşa qan dövranına daxil olaraq qan şəkərinin qəfil artmasına səbəb ola bilər.

Şəkərli qidaların zərərləri aşağıdakılardır:

- Çəki artımına səbəb olur.

- Ürək xəstəlikləri riskini artıra bilər.

- Diabetə tutulma riskini artırır.

- Xərçəngə tutulma riskini artıra bilər.

- Depressiya riskini artıra bilər.

- Enerji səviyyəsini aşağı salır.

- Qaraciyərin yağlanmasına səbəb ola bilər.

- Böyrək xəstəlikləri riskini artıra bilər.

- Diş sağlamlığına mənfi təsir göstərir.

- Koqnitiv tənəzzülü sürətləndirə bilər.

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR