Min bir dərdin dərmanı – Zəncəfilli çay

Min bir dərdin dərmanı – Zəncəfil. Təkcə immunitetin artmasına deyil, eyni zamanda əhvalınızın yaxşı olmasına kömək edəcək. Əgər təzə zəncəfil yerinə toz halına salınmış zəncəfil istifadə etsəniz, o zaman miqdarı 2 dəfə azaldın. Çalışın xəstələnməyin və hər zaman yüksək əhval-ruhiyyədə qalın.

Metbuat.az zəncəfilli çayın hazırlanma qaydasını təqdim edir:

Lazım olan ərzaqlar:

2 çay qaşığı zəncəfil (çəkilmiş)

1 çay qaşığı yaşıl çay

1 çay qaşığı təzə ya da qurudulmuş nanə

Şəkər tozu (istəyə uyğun)

Limon (istəyə uyğun)

İndi isə hazırlanma qaydasına baxaq:

1 litr qaynar suya zəncəfili, nanə və yaşıl çay tökün. Qapağı örtün və 10-15 dəqiqə gözlədin. Hazır olduqdan sonra stəkana tökün. İstəyinizə uyğun olaraq şəkər tozu və limon əlavə edə bilərsiniz.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı