Rəisinin dəfn tarixi və yeri məlum oldu

Ötən gün helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin dəfn mərasimi sabah Təbrizdə baş tutacaq.

Metbuat.az xəbər verir ki, bu barədə məlumatı “Mehr” agentliyi yayıb.

Qeyd edək ki, mayın 19-da İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşimi, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopterin sərt eniş etdiyi bildirilir. Helikopterin qəzaya uğraması nəticəsində 9 nəfər həlak olub. Qəzada həlak olanların nəşləri Təbrizə göndərilib. Axtarış əməliyyatları dayandırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı