Oğurladığı pullar oğurlandı - Bakıda kuryoz olay

Bakıda kuryoz hadisə baş verib. Belə ki, başqasının evindən oğurluq edən şəxsin özü də cinayətin qurbanı olub.

Metbuat.az Oxu.az-a istinadla xəbər verir ki, mayın 22-də Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində evlərin birindən 2500 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə 4-cü Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən əvvəllər məhkum olunmuş Nazir Qasımov idarə etdiyi "Mersedes" markalı avtomobillə birgə saxlanılıb.

N.Qasımov polis şöbəsində ərizəsində mayın 24-də onun avtomobilindən 840 manat pulunun oğurlamasını bildirib.

Görülmüş tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən qadın da müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı