Zamiqdən yeni layihə: "Dərya" - VİDEO

Müğənni Zamiq Hüseynov aylar sonra yeni klipini təqdim edib.

Metbuat.az xəbər verir ki, iyul ayının son günlərində işıq üzü görən iş, olduqca maraqla qarşılanıb. Zamiq ənənəsi üzrə, elə öz ruhuna yaxın retro, xüsusən də romantik ab-havalı tərzindən bu dəfə də geri qalmayıb. "Dərya" adlı yeni mahnıya çəkilən ekran işi ritmik notları, həmçinin sevgi göndərmələri ilə diqqət çəkib. Klip sadə süjet xətti ilə seçilir.

Eşq, səhra, yağış Zamiqin bu layihəsini də tutarlı edib. Onu da qeyd edək ki, bəstənin müəllifləri Tural Bağırzadə və FTB-dir. Klipin rejissorluğu Samirə Xasməmmədovaya həvalə olunub. Hüseynovun stili və "make - up"ı, ərzində Elnur Həsənov çalışıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR