Ərdoğandan Haniyənin öldürülməsinə reaksiya

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsi ilə bağlı açıqlama verib.

Metbuat.az bildirir ki, o, bu barədə “X” hesabında paylaşım edib:

“Bu sui-qəsd Fələstin mübarizəsini, Qəzzanın şanlı müqavimətini və fələstinli qardaşlarımızın ədalətli mübarizəsini pozmaq, fələstinliləri ruhdan salmaq və qorxutmaq məqsədi daşıyan bir hərəkətdir”.

Qeyd edək ki, HƏMAS lideri İsmayıl Haniyə Tehrandakı iqamətgahının raketlə vurulması nəticəsində həyatını itirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı