Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Instagram"ın bağlanmasından danışıb.
Metbuat.az xəbər verir ki, Ərdoğan Türkiyənin rəqəmsal faşizmlə qarşı-qarşıya olduğunu deyib.
"HƏMAS lideri İsmayıl Haniyənin sosial şəbəkə platformalarında fotolarının yayılmasının, onun haqqında yazılan yazıların dərc edilməsinin məhdudlaşdırılması düzgün deyil. Bu, azadlıq deyil, demokratiya deyil”.
Qeyd edək ki, avqustun 2-də Türkiyədə "Instagram"a giriş bağlanıb.