​"Mançester Siti"nin yeni transfer hədəfi məlum oldu

"Mançester Siti" "Kristal Pelas"ın müdafiəçisi Mark Quehini heyətinə qatmaq istəyir.

Metbuat.az xəbər verir ki, baş məşqçi Pep Qvardiola "Mançester Siti" rəhbərliyindən futbolçunun alınmasını istəyib. Məlumata görə, Qvardiola Quehinin transferinin komandanın müdafiə xəttini gücləndirmək üçün vacib olduğunu düşünüb. Bildirilir ki, “Mançester Siti” ötən transfer vaxtında cəmi iki futbolçu ilə müqavilə imzalayıb. Futbolçuların satışından 100 milyon avro əldə edən "Mançester Siti", növbəti transfer dövrlərində heyətini gücləndirmək üçün kifayət qədər büdcə yaradıb.

"Kristal Pelas"ın müdafiəçisi Mark Quehin üçün 70 milyon avro tələb etdiyi irəli sürülür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı