Oktyabrın 14-də Gürcüstanda ard-arda iki dəfə zəlzələ olub.
Metbuat.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.
Bildirilib ki, zəlzələnin episentri Tianetinin Bindauri kəndində olub. Zəlzələnin gücü 3,9 bal təşkil edib. Təkrar təkanlar saat 05:03-də Vajas Tskaro kurort ərazisində qeydə alınıb. İkinci təkanlar 3,8 bal gücündə olub.