Alonso yeni macəraya başlayır - Bu kluba gedə bilər

"Mançester Siti", müqaviləsi mövsümün sonunda başa çatacaq Pep Qvardiolanın klubdan gedə biləcəyini istisna etmir.

Metbuat.az xəbər verir ki, İngiltərə nəhəngi kataloniyalı çalışdırıcı ilə hələ ki, müqavilə imzalamayıb. Klub, Qvardiolanın gedə biləcəyini nəzərə alaraq onun alternativini hazırlayıb. “The Telegraph” yazır ki, “Mançester Siti” rəhbərliyi Qvardiolanın gedəcəyi halda yeni baş məşqçi kimi Xabi Alonsonu gətirmək istəyir. Alonsodan başqa Ruben Amorim də məşqçilər siyahısına yer alıb.

Qeyd edək ki, Pep Qvardiolanı "Mançester Siti"yə gətirən Txiki Begiristain klubdan gedib. Pep Guardiola əvvəlki müsahibəsində Begiristayn səbəbiylə “Siti” ilə müqaviləsini iki dəfə uzatdığını demişdi. Beqiristanın gedişindən sonra Qvardiolanın da gedəcəyi iddiaları Britaniya mətbuatında da yer alıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı