"Google Maps"ə yeni süni intellekt xüsusiyyətləri gəlir

"Google Maps" tətbiqinin son yenilənmələrində "Gemini" süni intellekti inteqrasiya edilib.

Metbuat.az xəbər verir ki, "Google" xəritələrdən istifadə edənlər yaxın vaxtlarda tətbiqdə bir neçə yeni funksiya ilə tanış olacaq.

"Google" sürüşə başlamazdan əvvəl marşrutu tənzimləməyə imkan vermək üçün naviqasiyanı yeniləyib. Artıq "Google Maps" lazım olan yolda vaxtında olmağınızı xatırladaraq yanlış döngələrdən yayınmağınıza kömək edəcək. Bununla da ani zolaq dəyişiklikləri kimi təhlükəli hərəkətlərin qarşısı alınacaq.

"Google Maps"da yeni "Gemini AI" funksiyası da mövcuddur - danışıq botu yaxınlıqdakı məkanlarla bağlı rəyləri qısa şəkildə təqdim etməyə və söhbətə bənzər təcrübə ilə yeni turistik yerləri kəşf etməyə imkan verəcək. Əgər xarici şəhərdə olsanız, "Google" ilə danışaraq gəzə biləcəyiniz yerlərin siyahısını ala biləcəksiniz. Yaxud ac olduğunuzda yaxınlıqdakı restoranları asanlıqla tapa, alış-veriş edərkən ehtiyac olan mağazaların siyahısını əldə edə biləcəksiniz.

"Google" mövcud konum məlumatlarını istifadə edərək suallara daha dəqiq cavab verə bilən digər süni intellekt proqramlarının da "Google Maps" məlumatlarından istifadə etməsinə icazə verir. Beləliklə, bundan sonra daha çox süni intellekt əsaslı tətbiq bizə məkan və xəritə əsasında xidmətlər təqdim edə biləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR