Efirdəki həmin davranışa görə cəzalandırıldı

Ötən ay Əməkdar artist İlkin Əhmədova “7 Tamam” proqramında sürpriz edilərək, üçüncü övladının dünyaya gələcəyi haqda məlumat verilmişdi. Xəbəri efirdə öyrənən muğam ifaçısının bu görüntüləri sosial şəbəkədə tənqid edilmişdi.

Metbuat.az Axşam.az-a istinadən xəbər verir ki, açıqlama verən xanəndə verilişdə ona qarşı edilən bu sürprizə çox əsəbiləşdiyini və qarşı tərəf ondan üzr istəməsə, polisə müraciət edəcəyini bildirmişdi.

“Həmin Zaur” verilişində qonaq olan sənətçi bunu edənlərin artıq cəzalandırıldıqlarını açıqlayıb:

“Bu məsələ artıq bitdi. Bunu edənlər cəzalarını aldılar. Sürprizi xoşlayıram, amma evdə və ya dostlarımın əhatəsində. Lakin xəbərim olmadan efir qarşısında və yersiz sürprizləri tək mən yox, mənəviyyatı və ləyaqəti olan heç kim xoşlamaz”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı