Aktyor Azər Baxşəliyev vəfat edib? - YENİLƏNİB

Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günel Aslanova daha sonra APA-nın sorğusuna cavab olaraq bildirib ki, həkimlər aktyor Azər Baxşəliyevin ürəyinin fəaliyyətini bərpa edib, süni tənəffüs aparatına qoşulub.

O qeyd edib ki, hazırda aktyorun vəziyyəti kritik ağır olaraq qalmaqdadır: “Xəstənin bir müddət öncə ürək fəaliyyəti dayanıb. Həkimlərin səyi nəticəsində ürək fəaliyyəti bərpa olunub. Xəstə süni tənəffüs aparatına qoşulub. Vəziyyəti həddən artıq ağır kritik olaraq qalır”.

Qeyd edək ki, böyrək çatışmazlığından əziyyət çəkən Azər Baxşəliyev dünən günorta vaxtı koma vəziyyətində xəstəxanaya çatdırılıb.

***

17:46

Aktyor Azər Baxşəliyev vəfat edib.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetindən bildirilib. Məlumata görə, ATU-nun Tədris Cərrahiyyə Klinikasının Reanimasiya şöbəsinə yerləşdirilən Azər Baxşəliyev az öncə vəfat edib.

***

16:07

Vəfat xəbəri yayılan aktyor Azər Baxşəliyev koma vəziyyətində Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Metbuat.az xəbər verir ki, ATU-nun mətbuat katibi Günel Aslanova “Report”un sorğusuna cavab olaraq bildirib ki, aktyor ötən gecə ağır vəziyyətdə tibb müəssisəsinə gətirilib.

O qeyd edib ki, A.Baxşəliyev gətirilərkən koma vəziyyətində olub və dərhal Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır, aparata qoşulub.

***

16:07

Aktyor Azər Baxşəliyevin ölüm xəbəri yayılıb.

Metbuat.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb. Bildirilib ki, uzun müddətdir, böyrək çatışmazlığından əziyyət çəkən 39 yaşlı aktyor bu gün xəstəxanada vəfat edib.

A.Baxşəliyevə böyrəkköçürmə əməliyyatı üçün xeyli vaxt idi ki, donor axtarılırdı.

Qeyd edək ki, Azər Baxşəliyev “Bozbash pictures”də “Ağsaqqal” obrazı ilə məşhurlaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı