Tayvanda 6 bal gücündə zəlzələ baş verib

Metbuat.az xəbər verir ki, bu barədə məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb.

Mərkəzin verdiyi açıqlamaya görə, yeraltı təkanların ocağı təxminən 18 kilometr dərinlikdə yerləşib. Zəlzələ nəticəsində dağıntı və insan tələfatı barədə bilgi yoxdur.