Rusiyanın xarici işlər naziri Sergey Lavrov sabah Ankaraya səfər edəcək.
Metbuat.az TRT Haber-ə istinadən xəbər verir ki, onun xarici işlər naziri Hakan Fidanla görüşündə bir çox mövzular müzakirə olunacaq.
Görüşdə Ukrayna münaqişəsinin sülhlə sona çatması ilə bağlı fikir mübadiləsi aparılacaq.
ABŞ və Rusiya arasında son təmaslar və Türkiyənin bu prosesə verə biləcəyi töhfələr qiymətləndiriləcək. 2022-ci ilin martında Rusiya ilə Ukrayna arasında birbaşa danışıqlara ev sahibliyi edən Türkiyənin bu rolu qarşıdakı günlərdə boynuna götürməyə hazır olduğu vurğulanacaq.