Tramp Putin və Ərdoğanın strateji istəyini yerinə yetirir

ABŞ Prezidenti Donald Tramp Ukrayna və Şərqi Avropaya silah və hərbi texnikanın ötürülməsi üçün istifadə edilən Yunanıstandakı Aleksandrupoli hərbi bazasını bağlayacaq.

Metbuat.az xəbər verir ki, bu barədə Yunanıstanın “Dimokratia” qəzeti iddia irəli sürüb. Məqalədə deyilir ki, Tramp, Putin və Ərdoğanın birgə istəyini yerinə yetirəcək. Qeyd olunub ki, ABŞ və Rusiya arasında Ukrayna böhranı ilə bağlı birbaşa danışıqlar məhsuldar hesab olunduğundan, Tramp administrasiyası Moskvaya qarşı artıq Kiyevə texnika və personal göndərməyəcək. Buna görə də, ABŞ tərəfi Aleksandrupolidəki ABŞ bazasını lazımsız hesab edir.

Məqalədə deyilir ki, Türkiyə tərəfi də dəfələrlə Aleksandrupoli bazasından narazılığını bildirib və onun dərhal ləğv edilməsini istəyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı