Bakı, 10 iyun, AZƏRTAC
Bu ilin mayın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 504,7 min nəfər olub, onlardan 874,7 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 630,0 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, muzdla işləyənlərin 22,5 faizi təhsildə, 18,9 faizi ticarət sahəsində, 12,1 faizi sənayedə, 8,8 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 6,7 faizi tikintidə, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,8 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 17,9 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.
Həmin dövrdə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 452,3 manat təşkil edib.
İqtisadiyyatın peşə, elmi və texniki fəaliyyət sahəsində, həmçinin tikintidə orta aylıq nominal əmək haqqı daha yüksək olub.