Bakı, 10 iyun, Xatirə Cəfərova, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyinin veb səhifələrində təqdim olunan e- xidmətlər "Elektron hökumət" portalına inteqrasiya olunacaq.
Bu barədə AZƏRTAC-a Rabitə və Yüksək Texnologiyalar Nazirliyin Məlumat Hesablama Mərkəzindən məlumat verilib.
Qeyd olunub ki, portala inteqrasiya olunan xidmətlərin təhlükəsizlik və operativiyi ilə yanaşı, dizayn formatı da müvafiq tələblərə uyğunlaşdırılacaq. Xidmətlərin portala inteqrasiyası zamanı müəyyən imkanlar portal tərəfindən yaradılacaq. Bu məqsədlə yaxın günlərdə ilkin texniki hazırlıqlara başlanılacaq.