Dünyanın müxtəlif ölkələrində ölüm və yas mərasimləri fərqli adət-ənənələrlə qeyd olunur. Bəzi cəmiyyətlərdə kədər və sükut ön planda olduğu halda, Afrikanın Qana kimi bəzi ölkələrində dəfn mərasimləri daha fərqli və hətta təəccüblü şəkildə keçirilir.

Metbuat.az xəbər verir ki, Qanada bəzi icmalarda dəfn mərasimləri yalnız vida mərasimi deyil, həm də mərhumun həyatının qeyd edilməsi kimi qəbul olunur. Bu səbəbdən yas mərasimlərində musiqi səsləndirilir, insanlar rəqs edir və mərhumun xatirəsi yaxınları ilə birlikdə yad edilir.

Xüsusilə peşəkar rəqqaslardan ibarət dəfn kortejləri ilə bağlı görüntülər son illərdə sosial şəbəkələrdə geniş yayılıb. Onlar musiqinin ritminə uyğun hərəkətlər edərək tabutu xüsusi xoreoqrafiya ilə daşıyırlar. Bu ənənə Qananın bəzi bölgələrində mərasim mədəniyyətinin bir hissəsinə çevrilib.

Burada rəqs etmək mərhumun ölümünə sevinmək anlamına gəlmir. Əksinə, bu yanaşma insanın həyatını, xatirələrini və cəmiyyətdə qoyduğu izi qeyd etmək düşüncəsinə əsaslanır.