"Microsoft" şirkəti təxminən 25 ildir istifadə olunan WMIC alətini Windows 11-dən tamamilə çıxarır.
Metbuat.az xəbər verir ki, 2001-ci ildə təqdim edilən WMIC sistem inzibatçılarına kompüterin aparat və proqram təminatı barədə məlumatları komanda sətrindən əldə etməyə imkan verirdi.
Şirkətin məlumatına görə, WMIC Windows 11 26H2 yeniləməsi ilə tamamilə silinəcək və sonradan əlavə xüsusiyyət kimi də quraşdırıla bilməyəcək.
Qeyd olunur ki, dəyişiklik köhnə WMIC əmrlərindən və skriptlərindən istifadə edən sistemlərə təsir göstərə bilər. "Microsoft" alternativ olaraq PowerShell-dən istifadə etməyi tövsiyə edir.