İsmayıllıda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölənlər var.
Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Təzəkənd-Diyallı yolunda baş verib.
Belə ki, "Lynk & Co" və "Hundai" markalı avtomobillər toqquşub. Nəticədə "Hundai"də olan 2 nəfər ölüb.
Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.