Göyçayda yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə bu gün səhər saat 10:30 radələrində rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes" markalı minik maşını digər hərəkət iştirakçısı "Honda" markalı minik avtomobili ilə toqquşub. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları da cəlb olunub. Baş vermiş hadisə barədə ətraflı məlumat veriləcək.

Faktla bağlı araşdırma aparılır.