Göyçayda iki avtomobilin iştirakı ilə nəticələnən yol qəzası baş verib.

Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə bu gün günorta saat 15:30 radələrində rayonun Ləkçıplaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkət etməkdə olan "VAZ-2106" markalı minik maşını digər hərəkət iştirakçısı olan "VAZ-2107" markalı minik avtomobilinə çırpılıb. Zərbənin güclü olmasından hər iki avtomobilə ciddi ziyan dəyib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları da cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.