Bəzi insanlar qərar verməzdən əvvəl uzun müddət düşünür, bütün ehtimalları nəzərdən keçirirlər. Lakin bir dəfə seçim etdilərsə, sonradan fikirlərini dəyişmələri olduqca çətin olur. Onlar üçün verilən sözün və qəbul edilən qərarın arxasında dayanmaq vacibdir.

Bu bürclər xüsusilə qətiyyətli xarakterləri ilə seçilir. Bu insanlar emosional qərar versələr belə, sonradan geri addım atmağı sevmirlər.

Metbuat.az tüpürdüyünü yalamayan 5 bürcü təqdim edir:

Qoç

Qoçlar qərarlı və cəsarətli olmaları ilə tanınırlar. Onlar bir məsələdə mövqelərini müəyyənləşdirdikdən sonra geri çəkilməyə həvəs göstərmirlər. Bəzən ətrafındakı insanlar onları inadkar hesab etsələr də, Qoç bunu prinsipiallıq kimi görür.

Buğa

Buğa bürcü üçün sabitlik və prinsip çox önəmlidir. Onlar asanlıqla qərar vermirlər, amma qərar verdikdən sonra onu dəyişmək üçün ciddi səbəb lazımdır. Xüsusilə münasibətlərdə bir insana qarşı etimadını itiribsə, əvvəlki münasibətə qayıtması çətin olur.

Əqrəb

Əqrəblər hisslərini dərindən yaşayır və qərarlarını da asanlıqla dəyişmirlər. Onlar kiməsə güvənməməyi qərara alıblarsa, həmin insanın sonradan özünü doğrultması belə hər şeyi əvvəlki vəziyyətinə qaytarmaya bilər. Əqrəblərin ən xarakterik xüsusiyyətlərindən biri isə verdikləri qərarın arxasında dayanmaqdır.

Oğlaq

Oğlaqlar hər addımını ölçüb-biçməyi xoşlayırlar. Buna görə də qərarları adətən ani emosiyadan deyil, uzun düşüncədən sonra formalaşır. Bir məsələ ilə bağlı mövqelərini müəyyən etdikdə isə sonradan fikirlərindən dönmək onlara xas deyil.

Dolça

Dolçalar azadlıqlarına və şəxsi seçimlərinə böyük əhəmiyyət verirlər. Onlar qərarlarına müdaxilə edilməsini sevmirlər. Bir insanı həyatlarından çıxarmağa və ya hansısa münasibətə son qoymağa qərar veriblərsə, sonradan peşman olsalar belə, ilk addımı atmaqda çətinlik çəkə bilərlər.