İsmayıllıda dörd nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Diyallı-Təzəkənd yolunda qeydə alınıb. İlkin məlumata görə, həmin yolda hərəkət etməkdə olan “NİVA” markalı minik maşının ilə "HYUNDAİ" markalı avtomobil toqquşub. Nəticədə avtomobillərdə olan dörd nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.
Hadisə yerinə rayonun hüquq mühafizə orqanları əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.