Özbəkistan 2026-cı ilin sonunadək kiçik həcmli günəş enerjisi qurğularının ümumi gücünü 2 700 MVt-a çatdırmağı planlaşdırır.

Metbuat.az xəbər verir ki, ölkənin Energetika Nazirliyinin açıqladığı hədəflərə əsasən, 2026-cı il ərzində 700 MVt yeni günəş enerjisi gücünün istifadəyə verilməsi nəzərdə tutulur. Bu göstərici ilkin illik plandan 300 MVt çox olmaqla, müəyyən edilmiş hədəfin 175 faizinə bərabərdir.

İlin əvvəlindən avqustun 13-dək artıq 509,78 MVt-dan çox yeni günəş paneli gücü istismara verilib.

Digər əsas hədəf elektrik enerjisi istehsalının artırılmasıdır. 2026-cı ildə kiçik günəş qurğuları hesabına 2,143 milyard kVt/saat elektrik enerjisinin istehsalı planlaşdırılır. Yanvar–iyun aylarında bunun 1,4031 milyard kVt/saatı və ya 65,5 faizi təmin edilib.

Nazirliyin proqnozuna görə, 2023–2026-cı illər üzrə günəş enerjisindən məcmu elektrik istehsalı 5,038 milyard kVt/saata çata bilər.

Özbəkistan günəş enerjisi layihələrinin genişləndirilməsi ilə təbii qaz istehlakının və istixana qazı emissiyalarının azaldılmasını, eyni zamanda özəl investisiyaların və enerji sektorunda rəqabətin artırılmasını hədəfləyir.