ABŞ Böyük Britaniyanın Folklend adaları üzərindəki suverenliyi ilə bağlı mövqeyini yenidən nəzərdən keçirə bilər.
Metbuat.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp belə açıqlama verib. O bildirib ki, ABŞ bütün mövqelərini, o cümlədən Folklend adaları ilə bağlı siyasətini nəzərdən keçirə bilər. İddialara görə, Vaşinqton bu addımı Londonu müdafiə xərclərini artırmağa məcbur etmək üçün nəzərdən keçirir. ABŞ rəsmilərinin sözlərinə görə, Folklend məsələsində mövqeyin dəyişdirilməsi Böyük Britaniyaya təzyiq vasitələrindən biri kimi qiymətləndirilir.
Qeyd edək ki, Böyük Britaniyanın müdafiə naziri Con Hili isə ölkəsinin müdafiə xərclərini ÜDM-in 3 faizinə çatdırmaq planının qüvvədə qaldığını deyib. O, Folklend adalarının ada sakinlərinin iradəsi əsasında Britaniyaya bağlı qalacağını vurğulayıb.
Folklend adaları uzun illərdir Böyük Britaniya ilə Argentina arasında suverenlik mübahisəsinin mövzusudur. Bildirilir ki, son dövrlərdə Vaşinqton və London arasında müdafiə xərcləri və NATO çərçivəsində öhdəliklərlə bağlı fikir ayrılıqları artıb.