Sentyabrın ilk günləri bəzi bürclər üçün maliyyə baxımından daha uğurlu keçəcək. Gözlənilməz qazanc, yeni iş təklifi, əlavə gəlir imkanı və ya uzun müddətdir nəticəsini gözlədikləri bir işdən pul əldə etmək ehtimalı artacaq. Xüsusilə 4 bürcün qarşısında yeni maliyyə imkanlarının açılacağı gözlənilir.
Metbuat.az həmin bürcləri təqdim edir:
Buğa
Səbirli və maddi sabitliyə önəm verən Buğalar üçün sentyabrın ilk günləri maraqlı keçəcək. Gözlənilməyən ödəniş, əlavə qazanc və ya işlə bağlı yeni təklif gündəmə gələcək. Bu dövrdə əsas məsələ qarşılarına çıxan imkanları vaxtında dəyərləndirməkdir.
Şir
Şirlər üçün pul mövzusunda hərəkətli günlər başlayır. Xüsusilə əlavə gəlir gətirə biləcək bir layihə və ya yeni əməkdaşlıq diqqət çəkə bilər. Uzun müddətdir reallaşdırmaq istədikləri plan üçün maliyyə imkanlarının genişlənməsi də mümkündür.
Tərəzi
Tərəzilər sentyabrda maddi baxımdan rahat nəfəs ala bilərlər. Gecikmiş bir ödənişin alınması, yeni qazanc mənbəyinin yaranması və ya işdə daha yaxşı şərtlərin təklif olunması gündəmə gələ bilər. Qarşılarına çıxan hər fürsəti diqqətlə nəzərdən keçirmələri tövsiyə olunur.
Oğlaq
Oğlaqlar üçün isə zəhmətin bəhrəsini görmək vaxtı yaxınlaşır. İş həyatında göstərdikləri səylər maliyyə baxımından öz nəticəsini verəcək. Maaş artımı, bonus, əlavə layihə və ya yeni iş təklifi kimi imkanlar gündəmə gələcək.