Türkiyənin “Samsunspor” klubu transfer strategiyası ilə diqqət çəkən satışa imza atıb. Klubun 100 min avroya transfer etdiyi gənc futbolçu Ali Badra Diabate 8 milyon avroya Suudi Ərəbistanına satılıb.
Metbuat.az xəbər verir ki, 19 yaşlı Fildişi Sahili əsilli müdafiəçi “Samsunspor”dan Suudi Ərəbistanının “Al-Qadsiah” klubuna keçib. Məlumata görə, futbolçunun transferindən Türkiyə klubunun əldə etdiyi məbləğ 8 milyon avro təşkil edib.
“Samsunspor” Diabate-ni 2026-cı ilin qış transfer dönəmində cəmi 100 min avroya heyətinə qatmışdı. Gənc futbolçu klubda 11 rəsmi oyunda meydana çıxıb.
“Samsunspor” futbolçunu aldığı məbləğdən təxminən 80 dəfə baha qiymətə satıb. Bu transfer klub tarixinin ən yüksək bonservis gəliri gətirən satışlarından biri kimi diqqət çəkib.
“Samsunspor” rəhbərliyi gənc futbolçuya xidmətlərinə görə təşəkkür edib və onun gələcək karyerasında uğurlar arzulayıb.