Parisdə 5 çeçen tutuldu

Parisdə 5 çeçen tutuldu
20:37 20 Yanvar 2015
94 Dünya
Ölkə mətbuatı
A- A+

Fransada beş rusiyalı terror aktını hazırlamaqda şübhəli bilinərək saxlanılıb, Fransa mediası prokurorluğa istinadən məlumat verir.
Milli.Az BBC-yə istinadən bildirir ki, saxlanılan şəxslər Çeçenistandandır. Onlar bazar ertəsi Bezye şəhərində saxlanılıb.
 
Yerli prokuror Yvon Calvet deyib ki, ötən gecə polis Bezye və Monpelye şəhərlərində bir neçə reyd həyata keçirib.
Midi Libre qəzetinin məlumatına görə, saxlanılanlar partlayıcı maddəyə malik olub.
 
Rusiyanın Parisdəki səfirliyi rusiyalıların saxlanılması barədə hələ ki, məlumatı olmadığını bildirib.
Saxlanılanlar 24-37 yaş arasındadır, Fransanın BFMTV telekanalı məlumat verir.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/319800.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR